Aktyor həbs edildi

Aktyor həbs edildi

6 Yanvar 2015 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşları apardıqları axtarış tədbirləri nəticəsində, "Azəri Star"ın keçmiş rəhbəri və "Kabusun kölgəsində" serialının aktyoru 1965-ci il təvəllüdlü Əlibəy Əlisafa oğlu Dadaşovu həbs ediblər.

Aktyora dair məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Dadaşov böyük məbləğdə pulun mənimsənilməsində və dələduzluqda ittiham edilir.

Bu barədə Vesti.Az-a Səbail Rayon Polis İdarəsindən bildiriblər.

Cinayət işinə müvafiq olaraq bildirilir ki, Dadaşov müxtəlif banklara və fiziki şəxslərə böyük məbləğdə pul borcludur. Banklar arasında hal-hazırda fəaliyyət göstərməyən "RoyalBankÜ da var.

"RoyalBank" keçən ilin fevral ayında Əlibəy Dadaşova qarşı Yasamal rayon məhkəməsində iddia irəli sürüb. Xəbər verildiyi kimi aktyordan paytaxtın müxtəlif rayonlarında borclu olmasına dair şikayətlər daxil olub.

Bəzi məlumatlara əsasən Dadaşov çox zəngin imiş və şou-biznesə yenicə qədəm qoyan ulduzların "promouşeni" ilə məşğul olurmuş. Sonra isə müflis olub. Müflis olmasının səbəbləri bəlli deyil.

Dadaşovun qardaşının evində saxlanıldığı məlumdur.

Qeyd edək ki, "Kabusun kölgəsində" serialında Dadaşov əsas rollardan birini - "Ruslan" obrazını canlandırırdı.

Mediainfo.az