Bolnisidə azərbaycanlının evi və maşınları yanıb

Bolnisidə azərbaycanlının evi və maşınları yanıb

6 Yanvar 2015 16:59
300
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Arakel kəndində yanğın hadisəsi qeydə alınıb.

Apa-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakini Əfqan İsmayılova məxsus yaşayış evi, bir minik avtomobili və mikroavtobus yanıb.

Yanğın zamanı Əfqan İsmayılovun ailə üzvləri evdən çıxarılıb. Sakinlərin verdiyi məlumata görə, yanğın elektrik qısaqapanmasından əmələ gəlib. Hadisə yerinə yanğınsöndürmə briqadası gəlməsinə baxmayaraq, avtomobillər və ev əşyaları tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə gələn Bolnisi rayon İcra Hakimiyyətinin başçısı Qoqi Meşveliani zərərçəkən Əfqan İsmayılova lazımi kömək göstəriləcəyini vəd edib.

Mediainfo.az