Gəncədə yol qəzaları

Gəncədə yol qəzaları

6 Yanvar 2015 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə iki yol-nəqliyyat hadisəsi baş verib. Apa-nın qərb bürosunun məlumatına görə, hadisələrdən biri şəhərin Atatürk prospektində qeydə alınıb.

"VAZ-2107", "VAZ-2106" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər - Samux rayon sakini, 1961-ci il təvəllüdlü İdris Əliyev və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Larisa Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Digər hadisə isə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. "Mercedes" markalı avtomobillə "Hyunday" markalı avtobus toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az