Vəzifəli şəxslər müttəhimlər kürsüsündə

Vəzifəli şəxslər müttəhimlər kürsüsündə

6 Yanvar 2015 14:30
490
Bəyəndim (0) Bəyənmədim (0)

"Karat" MTK-nın vəzifəli şəxsləri barəsində başlanan cinayət işinin vaxtı məlum olub.

Bu barədə mətbuata təqsirləndirilən Rövşən Hacızadənin vəkili Ceyhun Yusifov məlumat verib.

Ceyhun Yusifov qeyd edib ki, cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib və məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, "Karat" mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

"Karat" MTK-nın icraçı direktoru Rövşən Hacızadənin, tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.

Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham edilir. İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.

Mediainfo.az