Təyyarə güclü qara görə havada ləngidi

Təyyarə güclü qara görə havada ləngidi

6 Yanvar 2015 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

AZAL-ın Bakı-İstanbul reysi ilə uçan təyyarəsi güclü qar üzündən İstanbulun Atatürk hava limanına vaxtında eniş edə bilməyib.

Məlumatı "Novosti Azerbaydjan" agentliyinə Bakıdakı turizm agentliklərinin birindən veriblər. Bildirilir ki, təyyarə Bakı vaxtı ilə saat 12:10-da Atatürk Hava Limanına enməli idi.

Lakin hava şəraitinin kəskin pisləşməsi üzündən eniş gec baş tutub.

Virtualaz.org saytı xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumatı təsdiq edib. O deyib ki, təyyarə 15 dəqiqə sonra təkrar enişə keçib. Təyyarə Bakı vaxtı ilə 12:53-də aeroporta eniş edib.

Qeyd edək ki, "Türk Hava Yolları" 44 daxili və xarici reysi güclü qar səbəbindən təxirə salıb. M.Səfərli deyib ki, bu qərarın AZAL-ın reyslərinə dəxli yoxdur.

Mediainfo.az