I Avropa Oyunları ilə əlaqədar magistraturaya qəbul imtahanlarının vaxtı dəyişib

I Avropa Oyunları ilə əlaqədar magistraturaya qəbul imtahanlarının vaxtı dəyişib

6 Yanvar 2015 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtı dəyişib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında deyib ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahanlarının qrafikində dəyişiklik nəzərdə tutulur. Onun sözlərinə görə, ötən il magistraturaya qəbul imtahanının I mərhələsi mart ayında keçirilmişdisə, bu il imtahanın ilk mərhələsinin fevralın sonunda aparılması nəzərdə tutulur: "Magistratura pilləsinə qəbul imtahanının II mərhələsi isə ötən il mayın sonunda təşkil olunmuşdusa, bu il imtahan aprelin sonu və ya mayın əvvəlində aparılacaq".


Şöbə müdiri bu il magistratura pilləsi üzrə qəbul planı barədə də məlumat verib: "Hazırda cari ildə qəbul aparılacaq ixtisaslarının sayı müəyyənləşdirilir. Qəbul siyahısında yeni ixtisaslaşmalarla bağlı elə bir dəyişiklik yoxdur. Amma magistratura pilləsinə qəbul aparılacaq ixtisasların sayı və qəbul planı barədə dəqiq məlumat martın sonu-aprelin əvvəlində veriləcək".

Mediainfo.az