Övladlarına qarşı zorakılıq törədən şəxslər valideynlik hüququndan məhrum ediləcək

Övladlarına qarşı zorakılıq törədən şəxslər valideynlik hüququndan məhrum ediləcək

24 İyun 2011 13:21
883
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin bu günkü növbədənkənar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik edilməsi barədə layihəni təsdiqləyib. Bu qanuna edilən dəyişikliyə əsasən məişət zorakılığına məruz qalan şəxslərin dövlət səhiyyə sistemi müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunmaları nəzərdə tutulur. Həmçinin "Ailə Məcəlləsi"nə dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul edilib. Dəyişikliyə əsasən övladlarına qarşı zorakılıq hərəkətləri törədən şəxslər valideynlik hüququndan məhrum ediləcəklər.

Uşaqları qoruyun. Axı, onlar bizim gələcəyimizdir.

Tofiq Əliyev

O.M.