Moskvada azərbaycanlı quldurluqla üzləşib

Moskvada azərbaycanlı quldurluqla üzləşib

5 Yanvar 2015 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında Azərbaycan vətəndaşına qarşı quldurluq edilib. Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın cənubunda baş verib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə əyləşən 4 nəfər sərnişindən biri əlindəki qaz balonunu Azərbaycan vətəndaşının gözünə püskürdüb. Sürücü özünü avtomobildən yerə atıb. Dəstə üzvləri avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az