Həftə sonunun hava proqnozu

Həftə sonunun hava proqnozu

24 İyun 2011 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Həftəsonu Bakıda və Abşeron yarımadasında mülayim hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 25-də paytaxtda və yarımadada dəyişkən buludlu hava olsa da, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-30° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Hərbi paradın keçiriləcəyi Silahlı Qüvvələr günü - iyunun 26-da da dəyişkən buludlu, əsasən yağmursuz, mülayim cənub küləkli hava proqnozlaşdırılır. Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti olacaq.

Rayonlarda isə iyunun 24-dən 25-nə keçən gecə bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti.

İyunun 26-da gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti.


Günel Həbib