Cəlilabadda ağır qəza

Cəlilabadda ağır qəza

5 Yanvar 2015 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Sumqayıt şəhər sakini Ziya Mahmudov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Sürücü və sərnişini - Masallı rayon sakini Ayxan Mahmudlu hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Mediainfo.az