Ölümdən bir an əvvəl - Foto

Ölümdən bir an əvvəl - Foto

5 Yanvar 2015 14:26
377
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə 24 yaşlı şəxs intihar edib. Boğaziçi körpüsünə çıxan gənc polisinin təkidinə baxmayaraq özünü dənizə atıb. Gecə 03.30-da intihara cəhd edən Mehtap Zəngin adlı şəxsi xilas etmək mümkün olmayıb.

Mediainfo.az anspress-ə istinadən xəbər verir ki, Sahil Təhlükəsizlik və Dəniz Polisi tərəfindən qısa müddətdə şəxsin cəsədi tapılıb. Üzərindən şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmadığı üçün gəncin ailəsinə xəbər verilməyib.

Mehtap Zəngin ölümündən öncə intihar səbəblərini söyləyib: "Bir çoxları mənim dostum deyilmiş. Hər kəsi vicdanı ilə baş-başa buraxıram. Mən artıq bəzi şeyləri öyrəndim. Hər kəsin istədiyi şeyi edirəm. 24 yaşımda həyatımı sona çatdırıram. Sabah qəzetlərin 3-cü, 4-cü və ya 1-ci səhifələrində mənim adımı eşidəcəksiniz. Hamınızı öpürəm, Allaha əmanət olun".

Anasından, kiçik itinə sahib çıxmasını da istəyən Zəngin sözlərinə belə davam edib: "Tək istəyim var. O da itimlə bağlıdır. Ana, mənim evdəki itimi götür. Ona çox yaxşı baxacağını bilirəm. Ana onu sənə əmanət edirəm. O nəcisini evə etmir. Ona hirslənmə" transvistit gənc deyib.

Mediainfo.az