3 nəfər zəhərlənərək ölüb
Azərbaycanda üç nəfər zəhərlənərək ölüb.
Daxili İşlər Nazirliyi saytıın verdiyi məlumata görə, yanvarın 2-də Sumqayıt şəhərində yaşayan İnqilab Şükürov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 3-də orada ölüb.
Yanvarın 3-də Gəncə şəhərində yaşayan Rəfayel Quliyev dəm qazından zəhərlənərək ölüb. Şamaxı rayonunun Çuxuryurd kəndində isə Nisə Bayramova dərman və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
Mediainfo.az
Digər xəbərlər