“Facebook”da yazdıqlarına görə 12.5 min dollar təzminat ödədi

“Facebook”da yazdıqlarına görə 12.5 min dollar təzminat ödədi

3 Yanvar 2015 12:32
428
Bəyəndim (0) Bəyənmədim (0)

"Facebook" sosial şəbəkəsində yazılan statuslarla bağlı problemlər bitmək bilmir. Bu dəfə belə statuslardan biri müəllifin təzminat ödəməsinə səbəb olub. Avstraliya mətbuatının yaydığı məlumata görə, Robin Qriyu adlı qadın keçmiş əri haqda yazdığı tənqidi sözlər üçün cərimə olunub. Onun başıbəlalı statusunda yazılırdı: "18 illik məişət zorakılığından və qəddarlıqdan sonra Miro Dabrovskidən ayrıldım. İndi əlimdən gələni edirəm ki, uşaqlarım təhlükəsiz şəraitdə böyüsün".

Bu statusdan sonra sabiq ər məhkəmə qaydasında iddia qaldıraraq yazılanların yalan olduğunu sübuta yetirib. Qərara alınıb ki, mövcud status Banberi şəhərində müəllim işləyən Miro Dabrovskinin işgüzar nüfuzuna xələl gətirib. Məhkəmədə ifadə verən Robin Qriyu yazılanların həqiqət olduğunu sübut edə bilmədikdən sonra sosial şəbəkələrdən düzgün istifadə edə bilmədiyini bəhanə gətirib. Lakin məhkəmə yerli qəzetlərin birində təkrarən dərc olunan statusun zərərçəkmişin şərəf və ləyaqətini alçaltmağa yetərli olduğunu bəyan edib və xanım Qriyunu 12.5 min Avstraliya dolları məbləğində cərimə edib.

Mediainfo.az