Şimali Koreya rəhbərinin bacısı xəlvəti ərə getdi

Şimali Koreya rəhbərinin bacısı xəlvəti ərə getdi

3 Yanvar 2015 12:04
392
Bəyəndim (0) Bəyənmədim (0)

Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen In ölkə ictimaiyyətindən xəlvəti kiçik bacısına toy eləyib. Cənubi Koreyanın "Renhap" xəbər agentliyinin Çin mənbələrinə istinadən yaydığı məlumata görə, 28 yaşlı xanım Kim E Çjon Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin I katibinin oğlu ilə ailə qurub. I katib Tsoy Ren He ölkə rəhbərindən sonra II şəxs sayılır. Məhz buna görə də Şimali Koreya lideri Kim Çen In öz bacısını I katibin kiçik oğlu 30 yaşlı Tsoy Sona ərə verməyə razı olub. Kürəkənin tutduğu vəzifə məlum olsa da, gəlinin əmək Partiyasının Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsində çalışdığı bəllidir.

Dünən ölkə rəhbərinin Pxenyandakı uşaq evlərinin birinə ziyarəti zamanı bacısı Kim E Çjon da yerli jurnalistlər tərəfindən görüntüyə alınıb. Foto şəkillərdə gənc xanımın barmağındakı nişan üzüyü diqqətləri cəlb edib.

Mediainfo.az