Bakıda rus qızını zorlayan bəraət aldı

Bakıda rus qızını zorlayan bəraət aldı

30 Dekabr 2014 14:48
825
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində rus qızı zorlamada təqsirli bilinən Məcid Məcidovun barəsində çıxarılmış bəraət hökmündən Baş Prokurorluun verdiyi apelyasiya protestinə baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb və M.Məcidov bəraət alıb.

Qeyd edək ki, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı N.İ (şərti) 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən "Grand House" daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da N.İ-nin müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib onunla cinsi əlaqədə olaraq zorlayıb.
İstintaq orqanı Məcid Məcidovu Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 157.3-cü (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Məcid Məcidovun barəsində bəraət qərarı çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan hökmdən apelyasiya protesti verib. Prokurorluq Məcid Məcidovun barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və onun barəsində ittiham hökmünün çıxarılmasını istəyib.
Mediainfo.az