İndoneziya təyyarəsinin qəzaya uğradığı ərazidən 40 sərnişinin cəsədi aşkarlanıb

İndoneziya təyyarəsinin qəzaya uğradığı ərazidən 40 sərnişinin cəsədi aşkarlanıb

30 Dekabr 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

"AirAsia İndonesia" aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.

"Euronews"in verdiyi xəbərə görə, İndoneziya Milli Araşdırma-Xilasetmə agentliyinin əməkdaşları Yava dənizində - Borneo adasından 160 km aralıda 40-dan çox sərnişinin cəsədini aşkar ediblər.

Axtarışların davam etdiyi bildirilir.

Xatırladaq ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan sərnişin təyyarəsi dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.

Mediainfo.az