Əfv sərəncamının icrası başa çatdı

Əfv sərəncamının icrası başa çatdı

30 Dekabr 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Apa-nın məlumatına görə, sərəncamın şamil edildiyi bütün məhkumlar bu gün azadlığa buraxılıblar.

Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunanlar arasında "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, "NİDA" Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

Mediainfo.az