Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

30 Dekabr 2014 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda ilin son günündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, dekabrın 31-də Bakı və Abşeron hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gün ərzində şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə isti, günün ikinsi yarısında, axşama doğru 2-4 dərəcə isti olacaq.

Dekabrın 31-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şiskin olacaq. Lakin axşam əsasən şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, əsasən Kür vadisi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək, bəzi yerlərdə 5 dərəcəyədək isti olacaq.

Mediainfo.az