27 yaşlı qadın özünü körpüdən atdı

27 yaşlı qadın özünü körpüdən atdı

29 Dekabr 2014 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 27 yaşlı Sevinc Əsədova Bakıxanov prospektindəki körpüdən özünü atıb. Yaralı hadisə şahidləri tərəfindən ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı Sevinc Əsədovanın bədəninin müxtəlif nahiyələrində çoxsaylı sınıqlar qeyd alınıb. Qadının onurğa sütununda da sınıq aşkarlanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə və rayon prokurorluğuna məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Sevinc Əsədovanın ifadəsini almaq üçün xəstəxanada olublar. Amma yaralının huşu özündə olmadığından onun dindirmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Mediainfo.az