Yeni doğulmuş körpə zibilliyə atıldı

Yeni doğulmuş körpə zibilliyə atıldı

24 İyun 2011 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki şəhəri Bağbanlar küçəsindəki zibillikdə karton qutunun içərisində yeni doğulmuş körpə aşkarlanıb. Uşağı Şəki şəhər sakinlərindən biri aşkar edib və bu barədə Şəki rayon Polis Şöbəsinə müraciət edib. Uşaq Doğum Evinə verilib. Körpənin Doğum Evinə verilən zaman ağır vəziyyətdə olduğu bildirilib. Həkimlərinin səyi nəticəsində körpənin vəziyyəti stabilləşməyə doğru gedir. Şəki şəhər Prokurorluğunda körpənin valideynlərinin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.

Uşaqlar bizim gələcəyimizdir. Bu gələcəyi zibilliyə atanlarınsa gələcəyi ən yaxşı halda zibillikdir.

Tofiq Əliyev

O.M.