Əsir erməni haqda açıqlama

Əsir erməni haqda açıqlama

29 Dekabr 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Qızıl Xaç Komitəsi əsir düşmüş erməni kəşfiyyat-təxribat qrupunun üzvü Arsen Baqdasaryanla bağlı məsələni diqqətdə saxlayır.

ANS -in məlumatına görə, bu barədə erməni tərəfi məlumat yayıb. "Komitə hadisələri izləyir. Biz hər iki tərəflə dialoq aparırıq", - deyə Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyinin rəhbəri Zara Amatuni bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Mediainfo.az