“Muğanbank”dan oğurluğa cəhd

“Muğanbank”dan oğurluğa cəhd

29 Dekabr 2014 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstərmiş Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onların barəsində tədbir görülməsi üçün 26-cı polis bölməsinə təhvil veriliblər.

"Şərq" filialında quraşdırılmış videokameralara baxış zamanı Əlisahib Bədəlovun və Kamal Bakirovun "Muğanbank" ASC-nin "Şərq" filialının giriş qapısının kilidini açmağa cəhd göstərənlər olması da müəyyən edilib.

Mediainfo.az