İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

29 Dekabr 2014 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Siyahıda 2 NİDA-çının, Əvəz Zeynallının, Qurban Məmmədovun adı var

Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. Sərəncamla bir çox tanınmış şəxslər azadlığa buraxılacaq. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı məlumat verib. Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var: "Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır".

Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub.

Novella Cəfəroğlu isə bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Onların arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var.

Mediainfo.az