3 yaşlı uşaq evdə yanaraq ölüb - FOTO

3 yaşlı uşaq evdə yanaraq ölüb - FOTO

29 Dekabr 2014 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən yanğında yanaraq ölən azyaşlı uşağın kimliyi məlum olub.

Apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Ramana qəsəbəsində 1 mərtəbəli fərdi yaşayış evində baş verən yanğın 50 kv/m ərazini əhatə edib. Yanğın kəşfiyyatı zamanı mənzildən 2012-ci il təvəllüdlü Zeynəb Ümid qızı Əliyevanın yanmış meyiti aşkar edilib.

Hazırda hadisə yeri müayinə edilir.

Mediainfo.az