Rusiya Ali Məhkəməsi İŞİD-i terrorçu adlandırıb

Rusiya Ali Məhkəməsi İŞİD-i terrorçu adlandırıb

29 Dekabr 2014 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ali Məhkəməsi "İslam dövləti" və "Cebhat ən-Nusra" qruplaşmalarını terrorçu təşkilat kimi tanıyıb.

Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə həmin təşkilatların Rusiya ərazisində fəaliyyəti rəsmən qadağan olunub.

Qeyd edək ki, "İslam dövləti" və "Cebhat ən-Nusra" qruplaşmalarının terrorçu təşkilat kimi tanınması tələbi ilə Rusiya Ali Məhkəməsinə ölkənin Baş Prokurorluğu müraciət edib.

Mediainfo.az