Dünən radardan itmiş “AirAsia Indonesia” təyyarəsi haqda xəbər yayılıb

Dünən radardan itmiş “AirAsia Indonesia” təyyarəsi haqda xəbər yayılıb

29 Dekabr 2014 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

"AirAsia Indonesia" aviaşirkətinə məxsus təyyarənin axtarışı ilə məşğul olan indoneziyalı xilasedicilər Banka-Belitunq arxipelaqı sakinlərinin Yava dənizi rayonunda partlayış eşitdikləri barədə informasiyanı yoxlayır. Bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə İdarəsi açıqlama yayıb.

İdarənin mətbuat katibi Ceffri Andriani bildirib ki, partlayış səsi gələn Nanqka adası ətrafına 11 kater göndərilib. Qeyd edək ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan "AirAsia Indonesia" aviaşirkətinə məxsus təyyarə dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.

Mediainfo.az