Ağcabədidə iki avtoqəza olub

Ağcabədidə iki avtoqəza olub

26 Dekabr 2014 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda bir gündə iki ağır yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisələrdən biri dekabrın 25-də, saat 15.00-da qeydə alınıb.

Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində Laçın rayon sakini Ceyhun Mirzəyev idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Həziyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Oxşar hadisə dekabrın 25-də, saat 18.00-da Ağcabədi rayonunun Avşar kəndində də qeydə alınıb. Rayon sakinləri Ramin Namazovun və Tahir Quliyevin idarə etdikləri "VAZ" və Bərdə rayon sakini Nüsrət Ağayevin idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.

T.Əliyev, R.Namazov və 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Ağcabədi rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az