Piyadanı öldürən sürücü axtarılır

Piyadanı öldürən sürücü axtarılır

26 Dekabr 2014 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nigar Həşimova vurulub. Nəticədə piyada hadisə yerində ölüb. Nigar Həşimovanı vuran sürücü daha sonra hadisə yerindən qaçıb.

Hazırda sürücünün müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az