Ucarda zəncirvari qəza

Ucarda zəncirvari qəza

26 Dekabr 2014 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ucarda 5 maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Apa -nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Ucar rayon sakini Əli həsənovun idarə etdiyi 61 BC 976 dövlət nömrə nişanlı, "VAZ 21 099" markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib. "VAZ 21 099" nömrəli maşın əvvəlcə "VAZ 21 015" markalı maşınla toqquşub. Sonra isə hərəkətdə olan "Ford" markalı yük maşınına çırpılıb. Zərbənin gücündən "Ford" markalı maşın yol kənarında dayanmış "KİA" markalı minik maşınına, "KİA" isə "Nissan Navara" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 1 nəfərin yüngül xəsarət aldığı bildirilir. Maşınlar isə yararsız hala düşüb. Hadisənin baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır.

Mediainfo.az