DİQQƏT! Bu qız axtarılır

DİQQƏT! Bu qız axtarılır

26 Dekabr 2014 14:43
Bəyəndim (0) Bəyənmədim (0)
Astaradan olan 13 yaşlı qız itkin düşüb

Astara rayonunun Pensər kənd sakini, 2001-ci il təvəllüdlü Dilşad İntiqam qızı Quliyeva itkin düşüb. Bu barədə Apa-nın cənub bürosuna Astara Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, Dilşad Quliyeva 2014-cü il dekabrın 17-də gecə saat təxminən 03.30 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun boyunun təxminən 140-145 sm, saçlarının şabalıdı, dolu bədənli olduğu bildirilir.

Dilşad Quliyevanı görən şəxslərdən (02522) 5-40-99 və (050) 3344454, (070) 6365303 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Mediainfo.az