Özünü RPİ-də doğradı

Özünü RPİ-də doğradı

26 Dekabr 2014 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Əfqan Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əfqan Göyüşov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əfqan Göyüşov 2014-cü ilin martında Ü.Hacıbəyov küçəsində yerləşən mağazada Ceyhun Məmmədovun mobil telefonunu masanın üzərindən oğurlayıb.
Saxlanılan zaman ondan oğurladığı mobil telefon və 1 qramdan artıq heroin götürülüb. Sonradan isə müəyyən edilib ki, Əfqan Göyüşov martın 22-də Ü.Hacıbəyov küçəsində Azad Məmmədovun evindən qapının kilidini sındırmaq yolu ilə oğurluğa cəhd edib.
İstintaq hərəkəti üçün Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsinə etap olunan Əfqan Göyüşov elə orada özünü doğrayıb. O, xəstəxanaya aparılaraq yardım edilib.

Mediainfo.az