Qusarda ağır yol qəzası

Qusarda ağır yol qəzası

26 Dekabr 2014 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunda ağır yol qəzası qeydə alınıb. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, dekabrın 25-də saat 21 radələrində Qusar rayonunun Şirvanovka kəndində rayon sakinləri Kamil Mahmudovun idarə etdiyi "VAZ-21112" və Rəhman Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. K.Mahmudov və sərnişini - həmkəndlisi Məhəmməd Alxasov hadisə yerində dünyasını dəyişib, R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az