Malayziyada 100 mindən çox insan evakuasiya edildi

Malayziyada 100 mindən çox insan evakuasiya edildi

26 Dekabr 2014 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Təbii fəlakət Malayziyada fövqəladə hala səbəb olub. Yerli "Bernama" xəbər agentliyinin məlumatına görə, ölkənin şimalını cənginə alan güclü daşqın 4 ştatda 100 min vətəndaşın evakuasiya edilməsinə səbəb olub. Ölkənin baş naziri Nəcib Razak vəziyyətin son dərəcə ağır olduğunu bildirərək deyib: "Suyun səviyyəsi durmadan artır, hava şəraiti qənaətbəxş deyil. Evakuasiya və ərzaq təchizatı məsələləri vertolyotlarla çətinliklə həyata keçirilir."

Bu günə Pəhəng, Perak, Kelantan və Trenqanu ştatlarında ümumilikdə 103412 nəfər evakuasiya edilib. Onlar müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdiriliblər.

Qeyd edək ki, bu, son onillikdə Malayziyanı cənginə alan ən böyük daşqındır.

Mediainfo.az