Ermənilər 7 istiqamətdə atəşkəs rejimini 42 dəfə pozdular

Ermənilər 7 istiqamətdə atəşkəs rejimini 42 dəfə pozdular

26 Dekabr 2014 10:04
501
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhədə silah səsləri susmaq bilmir. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şirvanlı, Sarıcalı, Şıxlar, Novruzlu, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az