99 yaşında ilk dəfə evləndi

99 yaşında ilk dəfə evləndi

24 İyun 2011 11:49
743
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikada bu günə kimi ürəyinə yatmayan qadın tapmadığı üçün evlənməyən 99 yaşlı təqaüdçü ilk dəfə nikah masasına oturub. İkinci Dünya müharibəsində iştirak etmiş Gilbert Harrik 5 uşaq böyüdən dul qadın 86 yaşlı Virciniya Hartmanla evlənib. Yerli qəzetlərə verdiyi müsahibədə o, xanımı ilə 2010-cu ildə qocalar evinin dəhlizində tanış olduğunu və o gündən sonra hər gün onu ziyarət etdiyini bildirib. Məkanda onunla eyni otağı paylaşmaq istədiyi üçün məcburiyyət qarşısında qalaraq evləndiyini bildirən Harrik gəlindən "hə" cavabı aldıqdan sonra onlar rəsmən ər-arvad elan olunublar.

Məhəbbət yaşa baxmır.

Günel Həbib

O.M.