Adam bıçaqlayana 5 il həbs cəzası

Adam bıçaqlayana 5 il həbs cəzası

24 Dekabr 2014 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ə. Məmmədov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, məlum olay bu il iyulun 8-də Şərifzadə küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1970-ci il təvəllüdlü Elbrus Səfərov yaralı vəziyyətdə Klinik Tibbi Mərkəzə gətirilib. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 44 yaşlı Elbrus Səfərovu bıçaqlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Əlipaşa Məmmədov tutulub.

Mediainfo.az