Yaşlı qadını vuran sürücü qaçıb

Yaşlı qadını vuran sürücü qaçıb

24 İyun 2011 10:04
711
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yolu keçmək istəyən piyada 73 yaşlı Abdullayeva Nəcibə Hacı qızı naməlum avtomaşın tərəfindən vurulub. Piyadanı vuran sürücü idarə etdiyi avtomobillə qəzanın baş verdiyi ərazidən qaçıb. Şahidlərin sözlərinə görə piyada "Mercedes" markalı avtomobillə vurulub. Xəsarət alaraq köməksiz qalan zərərçəkmişin köməyinə isə hadisənin şahidləri çatıb. Bir qədər sonra hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri qəza zamanı xəsarət alan Nəcibə Abdullayevaya hadisə yerində ilkin tibbi yardım göstərib. Yaralı daha sonra təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, həkimlər tərəfindən müayinə olunan zaman Nəcibə Abdullayevaya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulub. Yaralı hazırda xəstəxanada müalicəsini davam etdirir. Hazırda Yasamal polisi qəzanı törədən sürücünün şəxsiyyətini müəyyən edərək onun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Hadisə yerindən qaçsa da, qanundan qaça bilməyəcək.

Tofiq Əliyev

O.M.