Fırıldaqçılara hökm oxundu

Fırıldaqçılara hökm oxundu

24 Dekabr 2014 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Sədrulla Əliyev və Siyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham ediliblər. Onlar paytaxtda çoxmərtəbli binalar tikərək satmaq adı ilə vətəndaşları aldadıblar.

Mediainfo.az