Ərdoğan İlham Əliyevə zəng edib

Ərdoğan İlham Əliyevə zəng edib

24 Dekabr 2014 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Apa-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyevi göstərilən diqqətə və təbrikə görə ona minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra daha da möhkəmləndiriləcəyi əminliklə qeyd edilib.

Mediainfo.az