Quba sakininə qarşı Gəncədə quldurluq olub

Quba sakininə qarşı Gəncədə quldurluq olub

24 Dekabr 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayon sakini Gəncə şəhərində soyğunçuluğa məruz qalıb.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Quba rayon Zik kənd sakini, 1987-ci il təvəllüdlü Zülfüqar Bayramov idarəyə müraciət edərək bildirib ki, şəhərin "Dubay bazarı" adlanan meyvə-tərəvəz bazarında özünə məxsus "Ford" markalı avtomobillə alma satarkən iki nəfər meyvə almaq adı ilə ona yaxınlaşıb, onlardan biri əlindəki bıçaqla hədələyərək avtomobildə olan 70 manat pulu və mobil telefonu götürüblər.

Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq edən şəxslər Gəncə şəhər sakinləri Rahil Əliyev, Qalib Qurbanov və Beyləqan rayon sakini Ziya Tahirov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az