ŞOK!!! Azərbaycanda ölü heyvan ətindən dönər hazırlanır!

ŞOK!!! Azərbaycanda ölü heyvan ətindən dönər hazırlanır!

24 Dekabr 2014 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Məmur açıqlama verdi

Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb. Bunu Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib. Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanıb.

"Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin", - deyə R. Həsənov qeyd edib.

Mediainfo.az