Hüseyn Bağırov sürüşmə ilə bağlı açıqlama verdi

Hüseyn Bağırov sürüşmə ilə bağlı açıqlama verdi

24 Dekabr 2014 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib:

"Sürüşməyə səbəb olan amillərdən biri də antropogen amillərdi. Təhlükəli iş yerlərində iş aparılarkən təbii ki, o reaksiya verir. Sürüşməyə meylli ərazilərdə qazıntı işləri aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər".

Nazir bildirib ki, sürüşmə adətən payız aylarında daha aktiv olur: "İlk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur bu yeni hal və yeni problem deyil. Əsasən tikinti və qazıntı işləri aparan şəxslər texnogen, antropogen və ərazi xüsusiyyətləri hallarını nəzərə almalıdırlar. Bu hallar 90 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmədən aparılır və nəticədə sürüşmə aktivləşir. Qanunla nəzarət olunmuş razılaşdırmalar milli geologiya xidməti orqanlarının əməkdaşları ilə razılaşdırılmış şəkildə aparılmalıdır. Nəticədə geoloqlar razılaşdırmaya rəy verməlidirlər".

Mediainfo.az