FH naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

FH naziri Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edəcək

24 Dekabr 2014 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən dekabrın 26-da Şamaxı şəhərində Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Şamaxı yolunun 119-cu kilometri) 25 dekabr 2014-cü il tarixində saat 09:00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Mediainfo.az