Bağdadda partlayış: 25 ölü

Bağdadda partlayış: 25 ölü

24 İyun 2011 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bağdadda bir-birinin ardınca 3 partlayış baş verib. Nəticədə azı 25 nəfər ölüb, onlarla adam xəsarət alıb. Hadisənin yerli vaxtla axşam saatlarında Bağdadın qərbindəki Şurt rayonunda yerləşən bazarda baş verdiyi bildirilir. Qeyd edək ki, İraqda vəziyyət hələ də gərgin olaraq qalır. Ölkənin iri şəhərlərində, o cümlədən paytaxt Bağdadda vaxtaşırı partlayış səsləri eşidilir. Çərşənbə axşamı Əd-Divaniyədə baş vermiş partlayış nəticəsində azı 25 nəfər dünyasını dəyişmişdi.

Artıq partlayışa öyrəşmiş Bağdad əhli üçün bu hadisə adi bir hadisədir.

Tofiq Əliyev

O.M.