Bələdiyyə seçkilərində seçici fəallığı saat 10:00-a 10.4 faiz olub

Bələdiyyə seçkilərində seçici fəallığı saat 10:00-a 10.4 faiz olub

23 Dekabr 2014 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı saat 10:00-a 10.4 faiz olub. Bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib.

O qeyd edib ki, saat 10:00-a qədər 4 819 382 seçicidən 501 254 nəfəri səs verib: "Seçici fəallığına görə ilk sıralarda 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan Seçki Dairəsi gəlir. Ən az seçici fəallığı isə Culfa və Şərur Seçki dairələrində qeydə alınıb.

Saat 10.00-a MSK-ya 25 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlı olub. Hələlik heç bir qanun pozuntusu müşahidə edilməyib".

Mediainfo.az