YDM-ə basqın

YDM-ə basqın

22 Dekabr 2014 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də "Oscar" yanacaqdoldurma məntəqəsinin işçiləri Mikayıl Balakişiyevi və Hikmət Mustafazadəni bıçaqla hədələyib oradan 1154 manat və 2 ədəd mobil telefonun Ulacalı kənd sakini, əvvəllər məhkum olunmuş Kamil Babayev tərəfindən aparılması müəyyən edilib.

Araşdırmalar zamanı quldurluğun məntəqənin işçisi M.Balakişiyev tərəfindən təşkil edilməsi müəyyən edilib və o, tutulub.

Mediainfo.az