Həbsxanada narkotik gətirənə 9 il həbs...

Həbsxanada narkotik gətirənə 9 il həbs...

22 Dekabr 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə saxlayan Nahid Mirmehdi oğlu Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nihad Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nahid Ağayev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) 234.4.3-cü (narkotik vasitələri saxlama) maddələrinə əsasən azadlıqdan məhrum edilib və o, cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkməyə başlayıb.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə - heroin aşkar edilib. Mübariz Qasımov inzibati qaydada cəzalandırılsa da, Nahid Ağayevin barəsində cinayət işi başlanıb.

Mediainfo.az