Mühafizəçi əri ilə evində ölü tapıldı

Mühafizəçi əri ilə evində ölü tapıldı

22 Dekabr 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə CHP-dən bələdiyyə sədri seçilən Özləm Çerçioğlunun polis mühafizəçisi həyat yoldaşı ilə birlikdə evində ölü tapılıb.

Musavat.com-un məlumatına görə, polis məmuru 38 yaşlı Xədicə Alper Kavalcı ilə yoldaşı, 65 yaşlı Cövdət Kavalcının acılan atəş nəticəsində öldüyü məlum olub. Cütlüyün keçən ilin avqustunda evləndiyi bildirilir. Yaxınları iki gün ərzində Kavalcı ailəsi ilə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib.

Polisin qənaətinə görə, kişi silahla arvadının ağzından vurduqdan sonra intihar edib.

Mediainfo.az