Asiyada milyonçuların sayı artıb

Asiyada milyonçuların sayı artıb

23 İyun 2011 22:06
1 094
Bəyəndim (0) Bəyənmədim (0)

Sürətlə inkişaf edən Asiya milyonçuların sayına görə ilk dəfə Avropanı geridə qoymuş və tezliklə həmin göstərici üzrə ABŞ-ı ötəcəkdir.
"Merrill Linç" İnvestisiya Bankının və "Kapgemini" konsaltinq şirkətinin dünya sərvətinin vəziyyəti haqqında illik hesabatında deyilir ki, Asiya-Sakit okean regionu ölkələrində milyonçuların sayı ötən illə müqayisədə 19 faiz artaraq 3,3 milyon nəfərə çatıb. Müqayisə üçün deyək ki, ABŞ-da 3,4 milyon, Avropada isə 3,1 milyon milyonçu yaşayır. Asiya milyonçularının ümumi sərvəti 11,6 trilyon dollara çatır.

Son illər ərzində dünyada zənginlərlə digər insanlar arasında uçurum getdikcə dərinləşir. Bu meyil milyonçular arasında da izlənir. İfrat zəngin insanlar milyonçuların cəmi 1 faizini təşkil edir.
Dünya milyonçularının aktivlərinin dəyəri 42,7 trilyon dollar civarındadır. Milyonçuların yarıdan çoxu əvvəlki tək ABŞ, Yaponiya və AFR-də yaşayır.

Könül Aypara