Düşmən cavab atəşi ilə susdurulub

Düşmən cavab atəşi ilə susdurulub

22 Dekabr 2014 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyindən aldığımız məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutub.

Tərtər rayonunun Çaylı, Ağdamın Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənin Kuropatkino, Füzulinin Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavən və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Mediainfo.az